Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək
İdman
1889
07 Jan 2026 | 15:21

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.
 
AFFA-dan Moderator.az-a verilən məlumata görə, milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq çərçivəsində yığma iki yoxlama oyunu keçirəcək.
 
U-21-in yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə qarşılaşması planlaşdırılır.
 
Millinin heyəti: Səlim Həşimov, Bilal İsmayılov, Emil Süleymanov, Nihat Mehrəliyev, Davud Mənsumov (hamısı "Şamaxı"), Rəvan Mirzəmmədov, Cəfər Muxtarov (hər ikisi "Sabah"), Sadiq Məmmədzadə, Rüfət Tahirov, Hacıəli Şirəliyev (hamısı "Difai"), Emin Rüstəmov ("Səbail"), Elgün Dünyamaliyev ("Cəbrayıl"), Raul Məmmədov, Elcan Əbilov, Şaxmar Aşurov (hamısı "Kəpəz"), Tuncay Yusifli ("İmişli"), Səttar Tahirzadə ("Marset", İspaniya), Okan Təhmazlı ("Zaqatala"), Elyas Bağci, Raul Süleymanov (hər ikisi "Hərta", Qurban Səfərov ("Mingəçevir"), Xəyyam Məmmədli ("Baku Sportinq"), Həsən Nəzərli ("Ankaragücü", Türkiyə), Elmar Məmmədov (MOİK).
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər