İdman
1955
07 Jan 2026 | 14:12

"Qarabağ" Pakistan millisinin kapitanına təklif göndərib

"Qarabağ" "Myöllbü"nün (İsveç) pakistanlı legioneri Abdullah İqbalı heyətinə cəlb edə bilər.

Ağdam klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna təklif göndərib.

Oyunçu ilə maraqlanan klublar arasında Macarıstanın "Ferentsvaroş" və Belçikanın "Gent" komandaları da var.

Qeyd edək ki, Abdullah İqbalın "Myöllbü" ilə müqaviləsi 2028-ci ilin dekabrına qədərdir. Onun transfer dəyəri iki milyon avro olaraq dəyərləndirilir. O, Pakistan millisinin kapitanıdır və millisinin heyətində 19 dəfə meydana çıxıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər