14:03
8°C
Bakı
"Roma" İtaliya A Seriyasının XIX turunda səfərdə "Leççe"ni 2:0 hesabı ilə məğlub edib.
Moderator.az xəbər verir ki, bu nəticə ilə paytaxt təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini İtaliya çempionatında qazandığı xallarının sayını 1000-ə çatdırıb.
"Opta"nın məlumatına görə, əvvəllər bu saya yalnız Massimiliano Alleqri (1050 xal) ilə Luçiano Spalletti (1014) çatmağa nail olub.
Qeyd edək ki, 67 yaşlı Can Pyero Qasperini karyerası ərzində A Seriyasında "Cenoa", "Palermo", "İnter" və "Atalanta" klublarını da çalışdırıb.