01:54
6°C
Bakı
"Real Madrid" yay transfer dönəmində heyətinə qatdığı ingiltərəli müdafiəçi Trent Aleksandr-Arnolddan narazıdır.
Moderator.az Böyük Britaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi müdafiəçinin məşqlərə münasibətini və oyuna hazırlıq səviyyəsini bəyənmir.
Komanda bu gedişlə Trent Aleksandr-Arnoldun satılmasına razılıq verəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 11 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
