Bizi sosial şəbəkələrdən izləyin:
İngiltərəli mütəxəssis Liyam Rosenyor "Çelsi"nin baş məşqçisi kimi ilk açıqlamasını verib.
Moderator.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano paylaşım edib.
"Mənə dünyanın ən yaxşı klublarından biri ilə danışıqlar aparmaq imkanı verildi. Belə bir klubla bu cür əlaqələndirilmək böyük qürurdur və hazırda hər şey elə görünür ki, mən bu klubun yeni baş məşqçisi olacağam. Hələ müqavilə imzalamamışam, amma hər şey şifahi şəkildə razılaşdırılıb. Bütün detalları danışmışıq və böyük ehtimalla yaxın saatlarda rəsmi müqavilə bağlanacaq", - deyə Roseniyor bildirib.
Qeyd edək ki, Liam Rosenyorun son klubu Fransada "Strasburq" olub.