“Sabah” özbəkistanlı futbolçunu transfer etdi
İdman
1625
06 Jan 2026 | 12:48

“Sabah” özbəkistanlı futbolçunu transfer etdi

“Sabah” komandası futbolçu Umarali Raxmonaliyevi birdəfəlik transfer edib.
 
Klubdan Moderator.az-a bildirilib ki, Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib
 
Yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalanıb.
 
Qeyd edək ki, Umarali Raxmonaliyev 2025-ci ilin yanvar ayından “Sabah”ın üzvüdür. 22 yaşlı futbolçu Bakı klubunun heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər