İdman
1588
06 Jan 2026 | 10:23

"Xankəndi" klubu türkiyəli baş məşqçinin vəzifəsini dəyişdi

Türkiyəli mütəxəssis İbrahim Uzunca Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
 
O, "Xankəndi" Futbol Akademiyasında uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.
 
Yeni vəzifəsində İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.
 
Komandanın yeni baş məşqçisinin yaxın günlərdə bəlli olacağı vurğulanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər