Bizi sosial şəbəkələrdən izləyin:
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək.
Moderator.az xəbər verir ki, kişi voleybolçuların yarışında VIII turun iki görüşü baş tutacaq.
Saat 16:00-da “Neftçi” “Gənclər”lə, 18:00-da isə “Ordu” “Murov Az Terminal”la üz üzə gələcək.
Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.
Qadınlar arasında isə VI turdan təxirə düşən “Murov Az Terminal” – “Abşeron” matçı gerçəkləşəcək. Görüş “Murov Az Terminal”ın idman zalında, saat 17:00-da başlayacaq.