İdman
1639
06 Jan 2026 | 09:28

"Mançester Yunayted"in dağıstanlı futbolçusu: "Dağıstanda pul və perspektiv yoxdur"

"Mançester Yunayted"in yarımmüdafiəçisi Əmir İbrahimov Dağıstandakı vəziyyətdən danışıb.
 
Moderator.az xəbər verir ki, əslən Buynaksk şəhərindən (Rusiya Federasiyasının Dağıstan Respublikası) olan futbolçu "Nobel" "YouTube" kanalında yayımlanan verilişdə vətəni barədə fikirlərini bölüşüb.
 
"Bütün ömrüm boyu Dağıstanda yaşamadığım üçün oranı görməmişəm. Amma düşünürəm ki, orada perspektiv yoxdur, ayaq basacaq bir yer və çox pul da yoxdur. Buna görə də insanlar özlərindən bir şey yaratmaq istəyirlər və buna görə də, məsələn, İngiltərədəkilərdən daha çox çalışırlar.
 
İngiltərədə insanlar bilirlər ki, işləyə və oxuya bilərlər, mütləq iş tapacaqlar və çox pul qazanacaqlar. Amma Rusiyada… Xeyr, Rusiyada, Dağıstanda bunu etmək çox çətindir", - deyə Əmir bildirib. /Oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər