İdman
1369
05 Jan 2026 | 18:28

"Real Madrid" "Liverpul"un yarımmüdafiəçisinə elçi düşüb

"Real Madrid" klubu "Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberxi transfer etmək istəyir.

Moderator.az "Fichajes"ə istinadən xəbər verir ki, komandanın mərkəz xəttini gücləndirmək istəyən "kral klubu" Qravenberx üçün "Liverpul"a rəsmi təklif göndərib.

Niderlandlı futbolçu ilə eyni zamanda İspaniyanın digər nəhəngi "Barselona" da maraqlanır.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 23 oyunda dörd qol vurub və üç məhsuldar ötürmə edib.

Real Madrid Liverpulun yarımmüdafiəçisinə elçi düşüb

Link kopyalandı!
Son xəbərlər