06:28
7°C
Bakı
Portuqaliya millisinin futbolçusu Juan Kanselu "Əl-Hilal" klubundan ayrılmaq istəyir.
Moderator.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat paylaşıb.
Belə ki, "İnter" klubu "Əl-Hilal" tərəfinə müdafiəçisi Françesko Açerbi ilə Kanselunu başabaş dəyişmək təklifini irəli sürüb.
"Barselona" klubu da 31 yaşlı cinah müdafiəçini transfer etmək istəyir. O bu həftə gələcək karyerası barədə qərar verəcək.
Qeyd edək ki, Juan Kanselu 2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edirdi.