İdman
1347
05 Jan 2026 | 14:53

"Mançester Yunayted" baş məşqçisini qovdu

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ruben Amorimlə yollarını ayırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
 
Belə ki, portuqaliyalı mütəxəssislə yolların ayrılması ilə bağlı qərar bu gün səhər qəbul olunub. Onun qovulmasına komandanın uğursuz nəticələri səbəb olub.
 
Qeyd edək ki, Ruben Amorim 2024-cü ilin noyabrında "Mançester Yunayted"in baş məşqçi təyin olunmuşdu.
 
Link kopyalandı!
Son xəbərlər