Demçenko
1373
05 Jan 2026 | 13:40

Demçenko "Araz-Naxçıvan"a italiyalı məşqçi gətirdi

"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
 
Baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisi italiyalı mütəxəssis Rikkardo De Vivo olacaq.
 
UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu "Dinamo Tbilisi" olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə "Jenis" (Qazaxıstan), "Liepaya" (Latviya), "Lokomotiv" (Tbilisi, Gürcüstan), "Episkopi" (Yunanıstan) və başqa klublarda işləyib.
 
Digər köməkçilər isə Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.
Link kopyalandı!
Son xəbərlər