13:59
12°C
Bakı
Dünya çempionu Tayson Fyuri karyerasını bərpa etdiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə britaniyalı boksçu sosial şəbəkə hesablarında məlumat verib.
O, 2026-cı ildə rinqə qayıtmağa və 37 yaşında yenidən döyüşməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, T.Fyuri bu ilin yanvarında karyerasını bitirdiyini açıqlamışdı. O, daha əvvəl - 2013, 2017 və 2022-ci illərdə də karyerasını bitirməsi ilə bağlı açıqlama versə də sonradan rinqə qayıtmışdı.