İngiltərə klubu
İdman
1337
04 Jan 2026 | 14:35

İngiltərə klubu "Qalatasaray"ın futbolçu üçün göndərdiyi təklifi rədd edib

İngiltərənin "Mançester Yunayted" klubu futbolçu Manuel Uqarte üçün Türkiyə təmsilçisi "Qalatasaray"ın təklifini rədd edib.

Moderator.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Bildirilib ki, İstanbul komandası 24 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəyib və oyunçu üçün 15 milyon funt sterlinq ödəməyə hazır olub.

"Qırmızı şeytanlar" isə yalnız 45 milyon funt sterlinq qarşılığında futbolçunu sata biləcəklərini bəyan edib.

"Qalatasaray" rəsmiləri ötən həftə yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlar da aparıb.

Qeyd edək ki, Uqarte cari mövsüm "Mançester Yunayted"də 12 oyunda meydana çıxıb. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Link kopyalandı!
Son xəbərlər