İdman
1283
04 Jan 2026 | 14:25

"Çelsi" 25 yaşlı italiyalı Sandro Tonalinin transferini planlaşdırır

"Çelsi" "Nyukasl"ın 25 yaşlı yarımmüdafiəçisi Sandro Tonaliyə maraq göstərir.

Moderator.az "Football Insider"ə istinadən xəbər verir ki, London klubu İngiltərə çempionatı səviyyəsində özünü doğrultmuş yarımmüdafiəçilər bazarını təhlil edir.

Mənbənin məlumatına görə, "mavilər" Tonalinin transferini qış transfer pəncərəsində deyil, 2026-cı ilin yayında reallaşdırmağı nəzərdən keçirirlər.

"Sağsağanlar" düşərgəsində isə italiyalı futbolçunu komandada saxlamaq niyyətindədirlər və hesab edirlər ki, mərc oyunlarına görə 10 aylıq diskvalifikasiyadan sonra klubu tərəfindən dəstəklənən Tonali sədaqət nümayiş etdirməlidir.

Cari mövsümdə Tonali "Nyukasl"ın heyətində bütün turnirlərdə 24 matça çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir, "Transfermarkt"ın məlumatına görə isə onun bazar dəyəri 75 milyon avro təşkil edir.

Link kopyalandı!
Son xəbərlər