“Olimpiakos” bu kuboku 5-ci dəfə qazandı
İdman
1332
04 Jan 2026 | 13:55

“Olimpiakos” bu kuboku 5-ci dəfə qazandı

Futbol üzrə Yunanıstan Superkubokunun qalibi müəyyənləşib.

Moderator.az xəbər verir ki, final oyununda “Olimpiakos” və OFI komandaları üz-üzə gəlib.

Oyunun əsas vaxtında qol vurulmayıb. Əlavə edilmiş hissələrdə isə "Olimpiakos” qolları sıralayaraq böyükhesablı qələbə qazanıb - 3:0. “Ağ-qırmızılar”dan Mehdi Taremi, (95-ci dəqiqə, penaltidən), Aleksis Kaloqeropulos (107) və Yusuf Yazıcı (113) vurub.

Bununla da “Olimpiakos” tarixində 5-ci dəfə Superkubokun qalibi olub.

Link kopyalandı!
Son xəbərlər