İdman
1130
04 Jan 2026 | 12:20

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi müəyyənləşdi

"Araz-Naxçıvan" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu posta Andrey Demçenko təyin olunub. Ukraynalı mütəxəssislə bu mövsümün sonunadək müqavilə imzalanıb. Müqavilənin müddəti daha bir il müddətinə artırıla bilər.

O, istefaya göndərilən Elmar Baxşıyevi əvəzləyib.

Link kopyalandı!
Son xəbərlər