Bizi sosial şəbəkələrdən izləyin:
"Sabah" "Rubin"dən icarəyə götürdüyü Umarali Rahmonaliyevlə bağlı qərarını verib.
Moderator.az bildirir ki, oxu.az Rusiya mediasına istinadən xəbər verir ki, Azərbaycan klubu özbəkistanlı yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnəcək.
22 yaşlı yarımmüdafiəçi hazırda icarə əsasında Bakı klubunda çıxış edir. U.Rahmonaliyev "Sabah"da 36 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, onun Kazan klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" Rahmonaliyevi 800 min avro dəyərində qiymətləndirir.