Bizi sosial şəbəkələrdən izləyin:
Ukraynalı məşqçi Yuri Vernidubun “Neftçi” ilə müqaviləsi Rusiya klubları ilə hər hansı peşəkar əlaqələri qadağan edir.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın “TaToTake” YouTube kanalı məlumat yayıb.
Müqavilə məhdudiyyətləri transferlərə və Rusiya komandaları ilə mümkün yoldaşlıq oyunlarının təşkilinə tətbiq olunur.
Məlumata görə, bunu Vernidub müqavilə bağlamazdan əvvəl “Neftçi”nin qarşısında şərt kimi qoyub.
Vernidub 2025-ci ilin dekabr ayında “Neftçi”nin baş məşqçisi vəzifəsinə təyin olunub. 16 turdan sonra komanda Azərbaycan çempionatının turnir cədvəlində 20 xalla 7-ci yerdədir. /Publika.az/