Bizi sosial şəbəkələrdən izləyin:
"Turan Tovuz" braziliyalı hücumçusu Aleks de Souzanı satıb.
Moderator.az Sportinfo.az-a istinadən xəbər verir ki, 24 yaşlı "sambaçı" karyerasını bundan sonra Çində davam etdirəcək.
"Turan Tovuz" hələlik adı gizli saxlanılan Asiya klubundan öncə 500 min dollar təzminat tələb edib. Sonda tərəflər 350 min dollar qarşılığında keçidə razılaşıblar.
Qeyd edək ki, cənubi amerikalı futbolçu ölkəmizə 2024-cü ilin yanvarında gəlib. "Turan Tovuz"un heyətində meydana çıxdığı 68 görüşdə 20 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
"Turan Tovuz"a qədər "Boluspor"un formasını geyinmiş Aleks ilk altı ayda 4 000 dollar maaş alıb. Keçən mövsüm ona 6 000 dollar əməkhaqqı ödənilib. Cari futbol ilində isə məvacibi daha 2 000 dollar artırılmışdı.