Bizi sosial şəbəkələrdən izləyin:
28 yaşlı məğlubedilməz UFC yüngül çəki çempionu olan gürcüəsilli İlya Topuriya İspaniya məhkəməsinə çağırılıb.
Moderator.az "El Mundo"ya istinadən xəbər verir ki, döyüşçünün həyat yoldaşı Corina Uzkateqi Badell həyat yoldaşını məişət zorakılığı, bədən xəsarəti yetirmək və ailədəki qəddar davranışda günahlandırır.
Yanvarın 7-də Corcinanın himayəsində olan qızları ilə bağlı vəziyyəti həll etmək üçün məhkəmə iclası keçiriləcək. Badell məhkəmədən qızı ilə birlikdə İspaniyanı tərk etmək üçün icazə istəyir.
Ailəsində yaranan vəziyyətə görə Topuriya UFC-də karyerasını qeyri-müəyyən müddətə dayandırıb.