İdman
1222
03 Jan 2026 | 16:21

"Qalatasaray" "Napoli"nin daha bir oyunçusuna elçi düşüb

"Qalatasaray" "Napoli"nin cinah hücumçusu Noa Lanqı transfer etmək istəyir.
 
Moderator.az "Il Mattino"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu "Napoli"nin baş məşqçisi Antonio Konte ilə bir neçə dəfə problem yaşayaraq heyətdən kənarda qalıb.
 
Lakin Konte onun komandadan ayrılmasına həmin mövqeyə yeni oyunçu alındıqdan sonra razılıq verəcək.
 
Qeyd edək ki, "Qalatasaray" daha əvvəl "Napoli"dən Viktor Osimheni transfer edib.
 
Link kopyalandı!
Son xəbərlər