Bizi sosial şəbəkələrdən izləyin:
2029-cu il Klublararası Dünya Çempionatı Mərakeşdə keçirilə bilər.
Moderator.az “Hespress” nəşrinə istinadən xəbər verir ki, Braziliya, ABŞ, Qətər və İspaniyanın da namizəd olduğu turnir 99 faiz ehtimalla Mərakeşdə təşkil olunacaq.
FIFA bu qərarı 2030-cu ildə keçiriləcək milli komandalar arasında Dünya Çempionatı ərəfəsində Mərakeşin təşkilati imkanlarını yoxlamaq məqsədilə vermək istəyir. Mərakeş həmin mundiala İspaniya və Portuqaliya ilə birgə ev sahibliyi edəcək.
Xatırladaq ki, əvvəllər Dünya Çempionatından bir il əvvəl Konfederasiyalar Kuboku keçirilirdi. 2025-ci ildən etibarən isə bu format Klublararası Dünya Çempionatı ilə əvəzlənib. Turnirin ilki ABŞ-da baş tutub. FIFA-nın eyni yanaşmanı 2029–2030-cu illərdə də tətbiq edəcəyi ehtimal olunur.