05:03
5°C
Bakı
“Qalatasaray”ın mərkəz hücumçusu Viktor Osimhen dünyanın aparıcı klublarından birinə keçmək istəyir.
Moderator.az xəbər verir ki, jurnalist Filip Kesslerin sözlərinə görə, Osimhenin nümayəndələri onun xidmətlərini “Bayern Münhen”ə təklif ediblər. Nigeriyalı futbolçu “Bayern”i əla komanda hesab edir və bacarığını orada sınamaq istəyir.
Lakin alman nəhənginin idman direktoru Maks Eberl dərhal klubun Osimhenin xidmətlərinə ehtiyacı olmadığını açıqlayıb. Onun namizədliyi yalnız ingilis hücumçu Harri Keyn “Bayern”dən ayrılacağı təqdirdə yenidən nəzərdən keçiriləcək. 27 yaşlı Osimhen bu mövsüm bütün turnirlərdə 16 oyunda meydana çıxıb və 12 qol vurub.