“Azərbaycan” yazısını gizlətməyə çalışdı: cəzalandırıldı – FOTO
İdman
1517
03 Jan 2026 | 13:31

“Azərbaycan” yazısını gizlətməyə çalışdı: cəzalandırıldı – FOTO

İtaliyada keçirilən “Tour de Ski” yarışlarında iştirak edən erməni xizəkçi Mikael Mikaelyan cəzalandırılıb.

Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb onun formasında yarışın sponsorlarından olan Azərbaycanın adı yazıldığı hissəni örtməsi olub.

Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) idmançının bu hərəkətinin yolverilməz olduğunu bildirib. M.Mikaelyan isə həmin hərəkəti niyə etməsinin səbəbini açıqlamayıb: “Bu mənimlə münsiflər heyəti arasında qalacaq”.

Qeyd edək ki, sözügedən Federasiya Azərbaycanla 5 illik sponsorluq müqaviləsi imzalayıb.

“Azərbaycan” yazısını gizlətməyə çalışdı: cəzalandırıldı - FOTO

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər