Hakan Türkiyədə oynayacaq
İdman
1067
03 Jan 2026 | 13:20

Hakan Türkiyədə oynayacaq

Türkiyənin “Qatalasaray” klubu qışda heyətini gücləndirmək üçün oyunçu axtarır və diqqətini “İnter”in oyunçusu Hakan Çalhanoğluna yönəldib.

Moderator.az xəbər verir ki, bu barədə “cinter1908.it.” məlumat yayıb.

Mənbə həmçinin Çalhanoğlunun özünün uzun illər Almaniya Bundesliqasında və İtaliya A Seriyasında oynadıqdan sonra doğma Türkiyəyə qayıtmağa hazır olduğunu da açıqlayıb. Oyunçunun müqaviləsi 2027-ci ildə bitir, lakin Hakan “İnter” rəhbərliyini onu heç bir problem olmadan buraxmağa razı sala bilib.

“Qalatasaray”ın oyunçu üçün 12 milyon avroya qədər ödəməyə hazır olduğu bildirilir. Xatırladaq ki, Çalhanoğlu 2021-ci ildən bəri “İnter”də oynayır və klubla iki dəfə Çempionlar Liqasının finalında oynayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər