Qvardioladan onun yerinə göz dikən şəxsin qovulmasına reaksiya
İdman
670
12:24, Bu gün

Qvardioladan onun yerinə göz dikən şəxsin qovulmasına reaksiya

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Çelsi”nin Entso Mareskanı baş məşqçi vəzifəsindən kənarlaşdırmaq qərarını tənqid edib.

Moderator.az xəbər verir ki, onun sözlərini “SkySports” yayıb.

“Deyə biləcəyim tək şey odur ki, mənim fikrimcə, “Çelsi” inanılmaz, inanılmaz bir məşqçini və gözəl insanı itirib. Amma bu, “Çelsi” rəhbərliyinin qərarıdır, ona görə də deyəcək başqa sözüm yoxdur. Bu, futbolda sürprizdirmi? Xeyr. Bu, yalnız çalışdığım klubla nə qədər şanslı olduğumu təsdiqləyir. Klubum müstəsnadır”, – Qvardiola bildirib.

Daha əvvəl bildirilirdi ki, Mareska bu yay Qvardiolanı əvəz edərək “Mançester Siti”nin baş məşqçisi ola bilər. Lakin ispaniyalı mütəxəssis 2027-ci ilin yayına qədər olan müqaviləsini bitirməyi planlaşdırdığını bildirib.

“Mənim müqaviləm var. Bunu milyon dəfə demişəm. 10 ildir ki, buradayam və bir gün gedəcəm, amma hələlik müqaviləm var. Xoşbəxtəm və komandamla mübarizə aparmaq istəyirəm. Rəhbərlik mənə hörmət edir – bu, ötən mövsüm, bu klubda baş verənlər zamanı sübut olundu: iki-üç ay ərzində bir dədə də olsun qələbə qazana bilmədik, amma onlar məni dəstəklədilər. Müqaviləm hələ bir il də var. Burada olmağı xoşlayıram, ona görə də görəcəyik – özünüz görəcəksiniz”, – Pep bildirib.

Link kopyalandı!
Son xəbərlər