Elvin Məmmədovun yeni iş yeri bəlli oldu
İdman
1519
03 Jan 2026 | 11:08

Elvin Məmmədovun yeni iş yeri bəlli oldu

Noyabrda Birinci Liqa təmsilçisi “Səbail”in baş məşqçisi postundan ayrılaraq “Qəbələ“nin U-17 komandasının sükanı arxasına keçən Elvin Məmmədov yenidən iş yerini dəyişib.
 
Moderator.az Fanat.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis “Neftçi” klubu ilə anlaşıb.
 
O, paytaxt təmsilçisinin U-17 komandasına baş məşqçi təyin olunub. 37 yaşlı mütəxəssis bu günlərdə U-21-ə köməkçi-məşqçi kimi yollanan Rəşad Hüseynovun gedişindən sonra boş qalan posta gətirilib.
 
Qeyd edək ki, “Neftçi”nin U-17 komandası AFFA-nın keçirdiyi müvafiq liqada hazırda 2-ci yerdə qərarlaşıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər