02:15
0°C
Bakı
Səudiyyə Ərəbistanı Pro Liqasının 13-cü turunda lider "Ən-Nəsr" "Əl-Əhli"nin qonağı olub.
Moderator.az xəbər verir ki, matç ev sahibi komandanın 3-2 hesablı qələbəsi ilə başa çatıb.
Matçın ilk iki qolunu "Əl-Əhli"nin hücumçusu İvan Toni (7, 20) vurub. 31-ci dəqiqədə qonaq müdafiəçi Abdullah Əl-Əmri fərqi azaldıb, 13 dəqiqə sonra isə bərabərlik qolunu vurub.
Lakin ikinci hissənin əvvəlində Merih Demiral "Ən-Nəsr"in qapısına vurduğu qolla yekun hesabı müəyyənləşdirib.
Hazırda Kriştianu Ronaldunun kapitanı olduğu "Ən-Nəsr"in 31 xalı var və klub turnir cədvəlinə başçılıq edir. "Əl-Əhli" isə 25 xalla dördüncü yerdədir.