Merih Demiral Ronaldonu məyus etdi:
İdman
179
01:01, Bu gün

Merih Demiral Ronaldonu məyus etdi: "Ən-Nəsr" ilk məğlubiyyətini aldı

Səudiyyə Ərəbistanı Pro Liqasının 13-cü turunda lider "Ən-Nəsr" "Əl-Əhli"nin qonağı olub.

Moderator.az xəbər verir ki, matç ev sahibi komandanın 3-2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk iki qolunu "Əl-Əhli"nin hücumçusu İvan Toni (7, 20) vurub. 31-ci dəqiqədə qonaq müdafiəçi Abdullah Əl-Əmri fərqi azaldıb, 13 dəqiqə sonra isə bərabərlik qolunu vurub.

Lakin ikinci hissənin əvvəlində Merih Demiral "Ən-Nəsr"in qapısına vurduğu qolla yekun hesabı müəyyənləşdirib.

Hazırda Kriştianu Ronaldunun kapitanı olduğu "Ən-Nəsr"in 31 xalı var və klub turnir cədvəlinə başçılıq edir. "Əl-Əhli" isə 25 xalla dördüncü yerdədir.

Link kopyalandı!
Son xəbərlər