Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin "Qalatasaray" klubu qaradərili futbolçusu Mario Leminanın xidmətində maraqlıdır. İstanbul təmsilçisi ulduz yarımmüdafiəçinin müqaviləsini bir il uzatmağa hazırlaşır.
Moderator.az xəbər verir ki, Mario Lemina bu il sari-qırmızılı forma ilə 17 oyun keçirib. Rəqib qapıçıları məyus edə bilməyən qabonlu yalnız bir qolun ötürməsini verib. 32 yaşlı futbolçu yüksək nizam-intizamı və fiziki hazırlığı sayəsində klub rəhbərliyinin və azarkeşlərin sevgisini qazanıb.
Mario Lemina Türkiyə KİV-nə açıqlamasında "Qalatasaray"ın formasını geyinməkdən şərəf duyduğunu bildirib.