00:50
2°C
Bakı
"McLaren" komandasını təmsil edən 24 yaşlı avstraliyalı pilot Oskar Piastri "Formula-1" tarixinin antirekordunu müəyyənləşdirib.
Moderator.az xəbər verir ki, o, 15 Qran-pri yarışında qalib gəlsə də, mövsümün sonunda çempion adını qazana bilməyib.
Piastri beşinci mərhələdə, Səudiyyə Ərəbistanı Qran-prisində qələbə qazandıqdan sonra liderliyi ələ keçirib. Avstraliyalı pilot Meksika Qran-prisindən (20-ci mərhələ) sonra zirvəni tərk edib.
Xatırladaq ki, ötən mövsüm Piastrinin komanda yoldaşı Lando Norris çempion olub.