Oskar Piastri
İdman
306
02 Jan 2026 | 23:30

Oskar Piastri "Formula-1"in antirekorduna imza atıb

"McLaren" komandasını təmsil edən 24 yaşlı avstraliyalı pilot Oskar Piastri "Formula-1" tarixinin antirekordunu müəyyənləşdirib.

Moderator.az xəbər verir ki, o, 15 Qran-pri yarışında qalib gəlsə də, mövsümün sonunda çempion adını qazana bilməyib.

Piastri beşinci mərhələdə, Səudiyyə Ərəbistanı Qran-prisində qələbə qazandıqdan sonra liderliyi ələ keçirib. Avstraliyalı pilot Meksika Qran-prisindən (20-ci mərhələ) sonra zirvəni tərk edib.

Xatırladaq ki, ötən mövsüm Piastrinin komanda yoldaşı Lando Norris çempion olub.

Link kopyalandı!
Son xəbərlər