19:59
2°C
Bakı
Nüfuzlu internet portalı "Transfermarkt" bu günə olan ən bahalı hücumçuların reytinqini tərtib edib.
Moderator.az xəbər verir ki, siyahıda ilk pilləni 200 milyon avro qiymətlə üç futbolçu bölüşür.
Bunlar Erlinq Holand ("Mançester Siti"), Lamin Yamal ("Barselona") və Kilian Mbappedir ("Real Madrid").
Qeyd edək ki, Yamalın 18, Holandın 25, Mbappenin isə 27 yaşı var.
Lider üçlükdən sonra transfer dəyəri 150 milyon avro olan "Real Madrid"dən Vinisius Junior gəlir. Növbəti sıralarda isə hər biri 130 milyon avro dəyərində olan Bukayo Saka ("Arsenal"), Aleksander İsak ("Liverpul") və Maykl Olise ("Bavariya") qərarlaşıblar.