21:10
3°C
Bakı
İtaliyanın "Napoli" klubunun futbolçusu Noa Lanq karyerasını Türkiyədə davam etdirə bilər.
Moderator.az "Il Mattino" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" 26 yaşlı vingerlə maraqlanır.
"Sarı-qırmızılar" niderlandlı oyunçunu qış transfer dönəmində heyətinə cəlb etmək niyyətindədir. O, hazırkı komandasında az forma şansı əldə etdiyi üçün narazıdır.
Qeyd edək ki, Noa Lanq 2025-ci ilin yayında PSV-dən "Napoli"yə keçib.