İdman
214
17:55, Bu gün

"Çelsi"nin futbolçusu komandadan ayrılır - FOTO

İngiltərənin "Çelsi" klubunun futbolçusu Rahim Sterlinq qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Moderator.az xəbər verir ki, bu barədə məşhur insayder Florian Plettenberq məlumat yayıb.

Belə ki, "Vest Hem" klubu Sterlinqi mövsümün sonuna qədər icarəyə götürmək istəyir. "Fulhem" isə futbolçunu birbaşa transferlə heyətinə qatmaqda maraqlıdır.

Qeyd edək ki, Rahim Sterlinqin "Çelsi" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, klubda ən çox maaş alan oyunçulardan biridir. Futbolçu bu mövsüm "Çelsi"nin heyətində meydana çıxmayıb.

Çelsinin futbolçusu komandadan ayrılır

Link kopyalandı!
Son xəbərlər