Mahir Emreli daha tez qayıda bilər
İdman
171
15:21, Bu gün

Mahir Emreli daha tez qayıda bilər

İkinci Bundesliqanın 12-ci turunda “Herta”ya (Berlin) 0:1 uduzduqları görüşdə zədələnən “Kayzerslautern”in və millimizin futbolçusu Mahir Emrelinin bərpa prosesi sürətli gedir.
 
Millinin hücumçusu artıq fərdi məşqlərə başladığı üçün vaxtından əvvəl meydana qayıda bilər.
 
O, gələn həftə topla məşqlərə start verəcək. Azərbaycan millisinin üzvünün ən pis halda 2-ci Bundesliqanın qarşıdakı iki turunu buraxacağı ehtimal edilir.
 
Qeyd edək ki, ikinci Bundesliqanın növbəti turuna yanvarın 16-sı start veriləcək.
Link kopyalandı!
Son xəbərlər