Bizi sosial şəbəkələrdən izləyin:
"Barselona"nın gənc hücumçusu Lamin Yamal komandanın 2026-cı ildəki ilk məşqində iştirak etməyib.
Moderator.az AS nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu klubun bazasında olub, lakin ağrıları səbəbindən məşqə qoşula bilməyib.
Yamalın həftəsonu "Espanyol"a qarşı keçiriləcək oyunda meydana çıxacağı sual altındadır.
Qeyd edək ki, "Espanyol" - "Barselona" arasında keçiriləcək kataloniya derbisi yanvarın 4-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.