Ötən il beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçunun adı açıqlandı
İdman
228
12:34, Bu gün

Ötən il beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçunun adı açıqlandı

"Mançester Siti" klubunun və Norveç millisinin hücumçusu Erlinq Holand 2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçu olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) məlumat yayıb.
 
25 yaşlı hücumçu ötən il beynəlxalq matçlarda 29 qola imza atıb. O, "şəhərlilər"in heyətində 12 dəfə, Norveç millisində isə 17 dəfə fərqlənib. Bu, futbol tarixində yalnız Kriştiano Ronaldunun 2017-ci ildəki rekordundan (32 qol) sonra ikinci ən yüksək illik göstəricidir.
 
2025-ci ildə Almaniyanın "Bavariya" klubunda çıxış edən İngiltərə millisinin hücumçusu Harri Keyn 23 qolla ikinci, İspaniya təmsilçisi "Real Madrid"in formasını geyinən Fransa yığmasının hücumçusu Kilian Mbappe isə 22 qolla üçüncü olublar.
Link kopyalandı!
Son xəbərlər