Azərbaycanda futbol hakimi vəfat etdi
İdman
291
00:41, Bu gün

Azərbaycanda futbol hakimi vəfat etdi

Lənkəran futbolunun tanınmış simalarından olan hakim və məşqçi Cəfər Surxay oğlu Mirzəyev dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, Cəfər Mirzəyev 2022-ci ildə “Xan Lənkəran” PFK-də hakim kimi fəaliyyət göstərib, eyni zamanda müxtəlif futbol turnirlərində köməkçi hakim qismində iştirak edib. O, həmçinin kənd gənclərindən formalaşdırılan “Girdəni FC” komandasının məşqçisi kimi rayonda keçirilən turnirlərdə komandanın iştirakını təmin edib, yerli futbolun və kənd futbolunun inkişafına töhfə verib.

Cəfər Mirzəyev futbol ictimaiyyətində səmimiyyəti, zəhmətkeşliyi və gənclərə verdiyi dəstək ilə tanınıb.

Allah rəhmət eləsin.

(Musavat)

Link kopyalandı!
Son xəbərlər