Qabon milli komandasının fəaliyyəti dayandırıldı
İdman
153
21:00, Bu gün

Qabon milli komandasının fəaliyyəti dayandırıldı

Qabon milli komandası Afrika Millətlər Kubokundakı uğursuz çıxışından sonra ölkə hökumətinin qərarı ilə növbəti bildirişə qədər fəaliyyətini dayandırıb.

Moderator.az bu barədə "The Athletic" nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, yığmanın turnirdən kənarlaşmasından sonra Qabon hökuməti milli televiziya vasitəsilə bəyanat yayıb.

Bəyanatda komandanın çıxışı rüsvayçı adlandırılıb, Pyer-Emerik Obameyanq və Ekele Manqanın millidən kənarlaşdırıldığı, məşqçilər heyətinin isə buraxıldığı bildirilib.

Ekele Manqa ölkə millisində ən çox oyun keçirən (105), Obameyanq isə ən çox qol vuran (41) futbolçudur.

Qabon F qrupunda bütün oyunlarını uduzaraq sonuncu yeri tutub.

Link kopyalandı!
Son xəbərlər