20:07
5°C
Bakı
Məşhur italiyalı məşqçi Fabio Kapello hesab edir ki, "Yuventus" cari mövsümdə çempionluq uğrunda mübarizə aparacaq.
Moderator.az xəbər verir ki, bu barədə tanınmış çalışdırıcı İtaliya mətbuatına açıqlamasında deyib.
"Əlbəttə ki, "Yuventus" titul uğrunda mübarizə aparır. Onlar artıq Çempionlar Liqası zonasındadırlar. Bu, Spallettinin klubun baş məşqçisi postuna gəlməsindən sonra ilk uğurdur. Növbəti addımları atmaq üçün maya qədər hələ çox vaxt var", - deyə Kapello bildirib.
Qeyd edək ki, Turin klubu sonuncu dəfə 2020-ci ildə İtaliya çempionu olub. Hazırda "Yuve" İtaliya A Seriyasında turnir cədvəlində beşinci yerdədir.