Bizi sosial şəbəkələrdən izləyin:
Braziliyanın “Santos” klubu ulduz futbolçu Neymarla müqaviləni uzadıb.
Moderator.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı cinah yarımmüdafiəçisi klubla 2026-cı ilin dekabrınadək yeni müqavilə imzalayıb.
“Transfermarkt”ın məlumatına görə, hücumçunun transfer dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, cari mövsümdə Neymar Braziliya çempionatında “Santos”un heyətində 20 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.