İdman
190
18:20, Bu gün

"Liverpul" Kenan Yıldız üçün böyük transfer təklifi etməyə hazırlaşır

Premyer Liqa nəhəngi "Liverpul" "Yuventus"un yüksələn ulduzu Kenan Yıldız üçün böyük transfer təklifi etməyə hazırlaşır.

Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Məhəmməd Salahın komandadan ayrıla biləcəyi ilə bağlı şayiələrin artması fonunda "qırmızılar" "Misirli kralı"n potensial varisi kimi gördükləri gənc istedad üçün inanılmaz miqdarda - 100 milyon avro xərcləməyə hazırdırlar.

20 yaşlı Kenan Yıldız bu mövsümə damğa vurub: 13 qol və səkkiz məhsuldar ötürmə ilə effektiv statistikaya imza atıb.

Salahın bu həftəsonu başqa kluba keçəcəyi barədə söhbətlər gedir. Əgər bu baş verərsə, "Liverpul"un hücum xətti zəifləyəcək və komandanın bütün azarkeşləri bu boşluğu doldura biləcək oyunçu kimi Kenan Yıldızın adını çəkirlər.

Kluba yaxın mənbələr təsdiqləyirlər ki, "Liverpul" gənc ulduzu yaxından izləyir. Kenanın qeyri-adi performansı təkcə "Liverpul"un deyil, bütün Avropadakı istedad ovçularının da diqqətindədir.

Link kopyalandı!
Son xəbərlər