19:29
9°C
Bakı
"Real Madrid"in hücumçusu Kilian Mbappe 2025-ci ildə bütün yarışlarda 59 oyunda 59 qol vurub.
Bu, Avropanın ən nüfuzlu beş çempionatında bütün oyunçular arasında ən yaxşı nəticədir.
Fransalı forvard 2024-cü ilin yayından "Real Madrid"də oynayır. O, "Kral klubu"nun heyətində 83 oyunda 73 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Xatırladaq ki, Mbappe "Real"ın heyətində təqvim ili ərzində vurulan qolların sayına görə Kriştianu Ronaldunun rekordunu da təkrarlayıb.