19:16
9°C
Bakı
"Milan"lı Luka Modriç "Real Madrid"də bir yerdə oynadığı Kriştianu Ronaldu ilə sabiq "Barselona"lı Lionel Messinin müqayisə edilməsinə münasibət bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
"Bu mənim xoşuma gəlməyən sualdır. Onlar böyük bir dövrü təmsil ediblər. Kriştianuya daha çox bağlıyam, çünki onunla oynamışam. O, sadəcə əla futbolçu deyil, həm də inanılmaz bir insandır. Çoxu bunu bilmir, onun böyük ürəyi var və həmişə başqalarına kömək etməyə hazırdır", - deyə xorvatiyalı futbolçu bildirib.