"Aston Villa"nın baş məşqçisi Unay Emeri oyundan sonra "Arsenal"ın çalışdırıcısı Mikel Arteta ilə görüşməməsindən danışıb.
Moderator.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
"Təkrarı izləyin. Matçdan sonra mənim rejimim həmişə eynidir: rəqib çalışdırıcı ilə əl sıxıram, məşqçilərim, oyunçularımla görüşürəm və paltardəyişmə otağına gedirəm. Rəqib baş məşqçinin gəlməsini gözlədim. Əlbəttə ki, o, qələbənin dadını çıxarırdı və heyət üzvlərinin yanında idi. Hava soyuq olduğundan getmək qərarına gəldim", - deyə Emeri bildirib.
Qeyd edək ki, "Arsenal" Premyer Liqanın 19-cu turunun oyununda öz meydanında "Aston Villa"nı 4:1 hesabı məğlub edib. Hazırda London klubu 45 xalla turnir cədvəlinin lideridir. "Aston Villa" 39 xalla üçüncü pillədə mövqe tutub.