Maqnus Karlsen doqquzuncu dəfə blits üzrə dünya çempionu oldu
İdman
184
30 Dec 2025 | 22:30

Maqnus Karlsen doqquzuncu dəfə blits üzrə dünya çempionu oldu

Norveçli qrossmeyster və 16-cı dünya çempionu Maqnus Karlsen Qətərin Doha şəhərində keçirilən blits üzrə dünya çempionatının qalibi olub.

Moderator.az championat.com-a istinadən xəbər verir ki, o, titul uğrunda özbəkistanlı Nodirbek Abdusattarovu məğlub edib. Matç 2.5:1.5 hesabı ilə başa çatıb.

Xatırladaq ki, Karlsen əvvəllər 2009, 2014, 2017, 2018, 2019, 2022, 2023 və 2024-cü illərdə blits üzrə dünya birincisi olub. O həmçinin Dohada keçirilən dünya çempionatı çərçivəsində rapid növündə də bütün rəqiblərinə qalib gəlib.

Link kopyalandı!
Son xəbərlər