18:13
5°C
Bakı
“Milan”ın sabiq müdafiəçisi Markos Kafu kluba Braziliyanın “Vasko da Qama” klubunda çıxış edən hücumçu Rayanı məsləhət görüb.
Moderator.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı hücumçunun hazırkı bazar dəyəri 18 milyon avro təşkil edir.
Daha əvvəl “Barselona” klubunun Rayanın transferində maraqlı olduğu xəbərləri yayılmışdı. Kataloniya təmsilçisi forvard üçün 25–30 milyon avro aralığında məbləğ ödəməyə hazırdır.
Qeyd edək ki, 2025-ci ildə Rayan bütün turnirlər üzrə 49 oyunda iştirak edib, 17 qol vurub və 1 məhsuldar ötürmə verib.